XƏBƏRLƏR

Kimlər qurban kəsə bilər?

09 İyul 2022 422

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, qurban kəsilməsi bəyənilən əməldir:

 

“Qurban kəsmək yalnız həcc ziyarətində olan insanlara vacibdir. Yəni həcc ziyarətində olmayan şəxslərə qurban kəsmək vacib deyil. Amma qurban kəsmək savabdır ki, kimin imkanı varsa, bunu edə bilər. Kiminsə qurban kəsməyə imkanı yoxdursa, onun üzərinə qurban kəsmək kimi bir vəzifə qoyulmayıb”.

 

O qeyd edib ki, qurban ətinin paylanmasının xüsusi bir qaydası yoxdur:

 

“Dinimizdə qurban payının neçə hissəyə bölünməsi barədə göstəriş yoxdur. Qurbanın rəmzi mənası “nəfsdən haqq yolunda keçmək” anlamını ifadə edir. Bayram günləri çərçivəsində insanlar öz qurbanlarını gün çıxandan batana qədər kəsib, paylaya bilərlər”.

 

oxu.az