İlahiyyatçı Hacı Şahin Həsənli Silahlı Qüvvələr Günü ilə bağlı təbrik paylaşıb:
"Silahlı Qüvvələr Gününün xüsusi yeri var cəmiyyətimizdə. Bu bayram günü hamı ürəkdən hərbçiləri təbrik etməklə yanaşı tam səmimiyyəti ilə ordu ilə qürurunu büruzə verir. Xalq öz müdafiəçilərini sevir və sevgisini gizlədə bilmir. Allaha şükürlər olsun ki, milli birliyimiz, müstəqilliyimiz, təhlükəsizliyimiz və mənəvi dəyərlərimizin keşiyində duran bir orduya malik olmuşuq həmişə. Əcdadımızın yazdığı şanlı tarixin davamını bu gün müzəffər ordumuz yazmağa davam edir.
Bayramınız mübarək, əziz hərbçilər!"
hacishahin.az