XƏBƏRLƏR

Mina partlamasından xəsarət alan qazi Süleyman Heydərovla görüş

19 İyun 2022 868

İlahiyyatçı Hacı Şahin Həsənli işğaldan azad olunmuş ərazilərimizi minalardan təmizləyərkən ağır xəsarət almış FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexnik və İstehkam Şöbəsinin rəisi kapitan Süleyman Heydərovu hərbi hospitalda ziyarət edib.


Kapitan S. Heydərov Ağdam rayonunda böyük bir ərazini minadan təmizlıdikdən sonra xəsarət alıb, hər iki gözünü itirib, sağ əli amputasiya olunub. Qeyd edək ki, hadisədən bir həftə sonra o, ailə həyatı qurmalı idi.

 
Mənəvi yüksəkliyi ilə hər kəsi heyran edən qəhrəman ziyarətinə gələn Hacı Şahin Həsənli ilə söhbət ediblər. Söhbətin videoyazısını oxucularımıza təqdim edirik:



 

 

 

hacishahin.az