Bu il Ərbəində Azərbaycandan gedən 4000 zəvvarın ayrıca yerləşdirilməsi və qidalanması pulsuz olacaq. Bütün xərcləri imam Hüseyn (ə) hərəminin administrasiyası öz üzərinə götürüb.
Hərəm kompleksinin rəisi Şeyx Əbdülmehdi Kərbəlayi bildirib ki, bu qərar ilahiyyatçı-alim hacı Şahin Həsənli ilə görüşdən sonra verilib.
Qeyd edək ki, hacı Şahin Həsənli bu il Ərəfə ziyarəti əsnasında imam Hüseyn (ə) hərəminin rəhbərliyi ilə görüş keçirmişdi.
Xeyriyyə aksiyasından yararlanmaq istəyənlər ziyarət təşkil edən şirkətlərə müraciət edə bilərlər.
hacishahin.az