XƏBƏRLƏR

Dövlət müstəqilliyinin bərpasından 26 il ötür

18 Oktyabr 2017 939

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. 1991-ci il 18 oktyabr tarixində respublikanın Ali Soveti “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Həmin ilin dekabrında keçirilən referendumda yekdilliklə müstəqilliyə səs verilib.

 

Dövlət müstəqilli günü ilə bağlı ilahiyyatçı-alim hacı Şahin Həsənli öz Facebook səhifəsində təbrik statusu paylaşıb:

 

“Əziz dostlar! Bu gün dövlət müstəqilliyimizin elan olunmasından 26 il ötür. Qədim dövlətçilik tarixinə malik Azərbaycan xalqı 26 il öncə bir daha sübut etdi ki, heç bir müstəmləkəçi təfəkkür onun azadlıq sevdasını boğa bilməyəcək. Allaha şükr olsun ki, müstəqil dövlət kimi böyük bir neməti xalqımıza nəsib edib. Uca Yaradandan arzu edirəm ki, bayrağımız daim ucalarda dalğalansın, ordumuz daim qalib olsun, rifahımız isə daim yüksəlsin! Hamınızı bu dəyərli gün münasibəti ilə təbrik edirəm!”

 

hacishahin.az