Hacı Şahin Həsənli Türkiyədəki terror haqda danışdı.
Bu gün ilahiyyatçı-alim hacı Şahin Həsənli öz rəsmi Facebook səhifəsində Türkiyədə baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib:
"Türkiyədə baş verən qanlı terror hadisəsi hər birimizi sarsıtdı. Qardaş xalqın acısını öz acımız kimi yaşadıq. Bu hadisə bir daha sübut etdi ki, ekstremizm və radikallıq müqabilində hamımız bir olmalı və birlikdə bu xəstəliyi kökündən qazıb çıxarmalıyıq. Allah terror qurbanlarına rəhmət eləsin!"
hacishahin.az
12.12.2016