Oktyabrın 26-sı Abşeron rayonu Zirə qəsəbəsində yerləşən “Əli (ə)qədəmgahı” ziyarətgahında əzadarlıq məclisi keçirilib. İlahiyyatçı-alim hacı Şahin Həsənli də əzadarlıqda iştirak edib.
Əzadarlar qaşısında moizə ilə çıxış edən ilahiyyatçı bildirib ki, tarix əzadarlıqla başlayıb əzadarlıqla bitəcək. Beləki, bəşər tarixi Adəmin (ə) tövbəsi ilə başlayıbsa, həzrət Adəm tövbə edərkən göyə baxır və Allahı and vermk üçün beş nəfərin adını görür. O adlar həzrət Məhəmməd (s), həzrət Fatimə (s), həzrət Əli (ə), imam Həsən (ə) və imam Hüseynə (ə) məxsus idi. Adəm (ə) sonuncu ada çatanda qəhərlənir və Cəbrayıldan bu adın kimə məxsus olduğunu soruşur. O zaman həzrət Cəbrayıl imam Hüseynin (ə) qissəsini danışır, Adəm isə ağlayır. Tarixin sonu kimi Qiyaməti götürsək, hədsilərdə qeyd olunur ki, Məhşərdə Kərbəla hadisəsi hər kəsə göstəriləcək və hamı ağlayacaq. Bütün tarix də Kərbəladakı tərəflər arasında seçim etməklə keçir.
İmam Hüseynin qatilləri Yezid qoşunu deyildi, Kufənin namaz qılanları, Həccə gedənləri, mömin kimi tanınanları idi. Onlar vaxtı ilə həzrət Əliyə (ə) dəstək verənlər idi, lakin bunu ürəkdən etməyənlər idi. Bu imtahan şeytanın imtahanı ilə eynidir və insaniyytin ən böyük imtahanıdır. Bu ibadət edənlərin, mömin iddiasında olanların Allah övliyası, özündən üstün olanlar qarşısında təvazokar və itaətkar olmasıdır. Necəki, şeytan min illərlə ibadət edirdi, lakin Adəmə səcdə etmək əmri gələndə mahiyyəti ortaya çıxır. Kərbəla da eyni imtahanı yaratdı.
hacishahin.az