Noyabrın 8-i Görədil kənd məscidində Ərbəin - imam Hüseynin (ə) qırx məclisi keçirilib. Məclisdə iştirak edən ilahiyyatçı hacı şahin Həsənli Ərbəinin əzəmətlə qeyd olunmasına toxunub.
Ərbəində Kərbəlaya gedə bilməyənlər oz vətənlərində qala-qala o əzəmətli yürüşə qoşula bilər. İnsanın iki rəftarı var - batini və zahiri. Batini rəftar insan daxilində baş verən hərəkətdir - əzm, təfəkkür, niyyət, iradə, arzu və s. Bunlar əmələ keçməsə də, bir rəftar sayıla bilər. Allah üçün önəmli olan məhz daxilimizdir. Əməlin niyyəti əməlin özündən mühümdür. Təfəkkür ibadətdən üstündür. Allah birinə xeyir istəsə, qəlbinə imam Hüseynin (ə) məhəbbətini və ziyarətinin şövqünü daxil edər. Bu məzmunda hədislər, Allahın qəlbimizə önəm verdiyini təsdiqləyir. Allah daxilimizin dəyişməsini istəyir.
Ərbəinə üzrlü səbəbdən gedə bilməyən kəslər, həmin insan axınına qoşulmağı arzu edirsə, ziyarətə getməsə belə onlardan hesab olunur. Peyğəmbərin (s) əziz səhabəsi Cabir ibni Abdullah imam Hüseynin (ə) qəbrini ziyarət edərkən buyurdu ki, Allaha and olsun mən də Sizin əməlinizə şərikəm. Yaşlı səhabənin köməkçisi sözün mənasını soruşduqda, Cabir Peyğəmbərdən (s) hədislər nəql etdi: insanlar sevdikləri ilə Qiyamətdə məşhur olar, başqasının əməlini sevən insan həmin əmələ şərikdir. Cabir gücsüzlükdən Kərbəlaya gələ bilmədiyini, lakin qəlbən Kərbəlada olduğunu deyir. Allahın davranışı belədir - qəlbə baxıb dəyər verir insana. Əzadarlıq məclisləri də məhz imam Hüseyn (ə) karvanına qoşulmaq üçündür. Bu tədbilər Kərbəlanı yad etmək üçün deyil, onun iştirakçısı olmaqdır.
Qiyamətdə insanlar sadəcə arzuladıqlarına görə uğurlu olduqlarını görəcək. Arzularımız, fikrimiz, niyyətimiz olduqca mühümdür. Onalar bizim əməlin keyfiyyətini müəyyən edir. Bir ahın çəkilməsi insanın həyatını kökündən dəyişə bilər. Şeytanın da vəsvəsəsi istəklərimizə müdaxilədən ibarətdir. O çalışır ki, bizi məyus etsin, böyük istəklərimizi mənasız göstərsin.
hacishahin.az