Bu günlərdə dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da Ərbəin – imam Hüseynin (ə) qırx mərasimi keçirilir.
Paytaxt Bakının Məşədi Dadaş məscidində Ərbəin əzadarlığı noyabrın 9-u keçirilib. Tədbir məşhur qari hacı Ruslan Qasımov tərəfindən müqəddəs Qurani-Kərimin tilavəti ilə başladı. Daha sonra məscidin axundu, ilahiyyatçı hacı Şahin Həsənli moizə ilə çıxış etdi. Ərbəinin eqoizm üzərində qurulmuş qlobal sistemə qarşı bir çağırış və zühur dövrünün müjdəçisi olduğu vurğulayan ilahiyyatçı, Kərbəla tərz-təfəkkürünün dünyaya yayılmasından danışdı. Moizədən sonra məşhur Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov İmam Hüseyn (ə) müsibəti haqda nohə və mərsiyələr oxudu. Xalqımızın maddi və mənəvi rifahı, ordumuzun zəfəri üçün dualar edildi. Məclis ehsan süfrəsi ilə başa çatdı.
hacishahin.az