XƏBƏRLƏR

"VAHİD BİR ÜMMƏT KİMİ DÜNYAYA NÜMUNƏ OLMALIYIQ"

12 Dekabr 2016 1067

İslam peyğəmbərinin (s) mövlud təntənələri və vəhdət həftəsi başladı

 

İlahiyyatçı-alim hacı Şahin Həsənli bü gün öz Facebook səhifəsində müsəlmanları həzrət Məhəmmədin (s) mövludu münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, bəşəriyyətə insanlıq, qardaşlıq, məhəbbət və mətanət mesajı gətirən peyğəmbərimizin (s) məktəbini bir ümmət olaraq yalnız və yalnız vəhdətlə yaşada bilərik:

 

"Vaxtı ilə cəhalət, zülm və savaş girdabında boğulan dünyaya insanlıq nümunəsi göstərən peyğəmbərimiz (s) kimi biz də vahid bir ümmət olaraq dünyaya nümunə göstərməyi bacarmalıyıq. Bütün müsəlmanları səmimi-qəlbdən təbrik edir, peyğəmbərimiz (s) kimi yaşamağı arzu edirik". 


Təbrikin sonuynda Ali-İmran surəsinin 103-cü ayəsi qeyd olunub:


"Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz". 

 

 

hacishahin.az

12.12.2016