İslam peyğəmbəri həzrət Məhəmmədin (s) və imam Həsənin (ə) şəhadəti bu il noyabrın 17-sinə təsadüf edib. Bu dərin hüznlə əlaqədar paytaxtın Məşədi Dadaş məscidində də anım mərasimi keçirilib.
Tədbir məşhur Quran qarisi hacı Ruslan Qasımovun müqəddəs ayələrin qiraəti ilə başladı. Daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli moizə ilə çıxış etdi. Çıxışda Peyğəmbərin (s) tanınmaz qalan qəribliyi, insanların övliyalara qarşı ikili yanaşması, cəmiyyətin öz taleyi qarşısında mənəvi məsuliyyəti kimi mövzulara toxunuldu. Daha sonra tanınmış məddah Seyid Peyman Boradigahi növhə və mərsiyələrlə əzadarlığı davam etdirdi. Sonda dualar oxundu, ehsan paylandı.
hacishahin.az