Ənənəvi olaraq müsəlman dünyasında rəbiüləvvəl ayının 12-dən 17-nə kimi vəhdət günləri keçirilir. Bu günlər həzrət Məhəmmədin (ə) mövludu ilə bağlı xüsusi təntənə ilə qeyd olunur. Dekabrın 1-i qəməri təqvimlə rəbiüləvvəl ayının 12-si daxil olub. İlahiyyatçı hacı Şahin Həsənli öz rəsmi Facebook səhifəsində bayram həftəsi ilə bağlı yazıb:
"Əziz dostlar! Peyğəmbərimizin (s) mövlud həftəsi daxil oldu artıq. Hamınızı bu böyük bayram münasibətilə təbrik edirəm!"
Mövlud günlərinin vəhdət həftəsi kimi də qeyd olunduğuna toxunan ilahiyyatçı davam edib:
"Həzrət Məhəmmədi (s) sevən, onun əzəməti qarşısında baş əyən bütün müsəlmanlar arasında birlik və həmrəylik bayramıdır bu. Bütün fərqliliklərimiz Peyğəmbərimizin (s) ucalığı, böyüklüyü müqabilində gözə görsənməyəcək qədər kiçilməlidir. İnsanlıq zirvəsinə eşqimiz bizi birləşdirməli, bütün kin-küdurətləri unutdurmalıdır. Bu, Peyğəmbərimizin bizə olan məhəbbətinə ən gözəl qarşılıq ola bilər. Bir daha bayramınız mübarək olsun!"
hacishahin.az