XƏBƏRLƏR

“Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmin təqdimatı

04 Dekabr 2017 2275

Bakıda, “World Business Center” (Dünya Biznes Mərkəzi) iş mərkəzinin  akt zalında yeni, “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. Bu barədə islam.az məlumat yayıb.

  

Film “İslam Həmrəyliyi İli” çərçivəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlib. Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur. Xalq artisti Nurəddin Mehdixanlının səsləndirdiyi 33 dəqiqəlik filmdə çıxış edən ilahiyyatçı və ekspertlər, tarix boyu ölkədə Əhlibeyt (ə) irsinə olan sevgi və hörmətdən, eyni zamanda bununla bağlı formalaşan ənənələrdən və həmin irsə hörmət olaraq inşa edilən tarixi abidələrdən bəhs ediblər.

 

Sənədli filmin əsas mövzusu Azərbaycanda əsrlər ərzində formalaşmış və indi də davam edən məzhəblərarası tolerantlıq mühitinin formalaşmasında peyğəmbər (s) ailəsi və əhli-beytinə (ə) Azərbaycan xalqının, məzhəbindən asılı olmayaraq, bütün təbəqələri tərəfindən tarixən göstərilən hörmət, Azərbaycan ədəbiyyatı, ənənələri, deyimlərində olan İslam irsi izləri, müasir Azərbaycan dövlətinin dini irsimizin qorunub saxlanmasına ayırdığı diqqət və qayğının  əyani təsviri olub.

 

Filmin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İƏT Gənclər Forumunun səlahiyyətli nümayəndələri, Bakı və ətraf qəsəbələrin dini icma rəhbərləri və imamları, dini icmaların, ictimai birliklərin, gənclər təşkilatlarının üzvləri, eləcə də filmin yaradıcı heyəti  iştirak edib.

 

hacishahin.az