XƏBƏRLƏR

"Narkomaniyaya YOX deyirik!"

27 Dekabr 2017 1261

Dekabrın 26-sı paytaxtın 1 saylı orta məktəbində “Narkomaniyaya YOX deyirik” adlı tədbir keçirilib. Bu barədə Nəsimi RİH-nin internet səhifəsi məlumat yayıb. 

 

Tədbirə Nəsimi rayon İcra Hakimiyyəti ilə rayon Polis İdarəsi təşkilatçılıq edib. İştirakçılar qarşısında rayon İH başçısının müavini Anar Tağıyev, rayon Polis İdarəsinin rəisi Musa Musayev, “Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli, ATU-nun dosenti baş toksikoloq İsmayıl Əfəndiyev və “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin sədri Azər Quliyev çıxış ediblər.

 

Tədbirdə qeyd olunub ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanıb. Tədbiririn sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

 

hacishahin.az