Yanvarın 27-si hacı Şahin Həsənli gənc ilahiyyatçı Mahir Şəkərovun "Bütün peyğəmbərlər məsumdur" adlı kitabının təqdimatında iştirak edib.
Bakı Mətbuat Mərkəzində fəlsəfə doktoru Mail Yaqubun aparıcılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış din xadimləri də iştirak edib.
Qeyd edək ki, kitab dinimizin əsaslarından olan peyğəmbərlik haqdadır. Müəllif peyğəmbərlərin insanlıq üçün örnək olmasını Quran və hədis işığında təhqiq edib.
hacishahin.az