Yanvarın 29-u Nərimanov Rayon İcra Hakimiyyətində “Dini radikalizm və ekstremizmlə bağlı birgə fəaliyyətin gücləndirilməsinə və maarifləndirmə işlərinə dair 2018-ci il Tədbirlər Planı”na əsasən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi veb-saytı məlumat yayıb.
Tədbirdə rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdrarəsi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri, Nərimanov, Nəsimi və Yasamal rayonlarının icra hakimiyyətləri və hüquq mühafizə orqanlarının rəhbərləri, dini icmalar və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Məşədi Dadaş məscidi dini icmasının təmsilçiləri də seminara qatılmışdı.
Natiqlər dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində aparılan işlər, milli-mənəvi, dini dəyərlərin qorunmasına barədə danışıblar. Habelə, radikalizmin qlobal müstəvidə təzahürlərinə də toxunulub.
hacishahin.az