Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tədbirlər Planına əsasən 1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Süleyman Salayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli iştirak edib.
Hacı Şahin Həsənli və digər natiqlər çıxış edib və məhkumları maraqlandıran sualları cavablandırıblar.
hacishahin.az