Fevealın 13-ü həzrət Fatimənin (s) əzadarlıq məclisində işrirak etmək üçün hacı Şahin Həsənli Şirvana səfər edib.
"İmam Zeynəlabdin" məscidində keçirilən tədbirə şəhərin ictimaiyyət nümayəndələri, o cümlədən ŞİH nümayəndəsi, QMİ bölgə təmsilçisi və tanınmış din xadimləri qatılmışdı. Məclis hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Hacı Zahir Mirzəvi isə növhə və mərsiyələri ilə tədbiri bitirib.
Şirvanlılar qarşısında çıxış edən Ş. Həsənli inanclı insanın inancını itirməsi haqda danışıb. Onun sözlərinə görə, iman etmək məharət tələb etmir, əsas imanı qorumaq, mənəvi təmizlənmədə davamlı olmaqdır. Əks təqdirdə mömin diqqətsiz qoymuş bir sıra mənəvi xəstəlikləri səbəbindən daxilən dinsiz olar. Belə insan isə heç bir əxlaqi prinsip tanımadığından ən amansız caniyə çevirilir, din adı altında ən rəzil əməllərə əl atar. Həzrət Fatimənin (ə) həyatından biz bu dərsi öyrənirik.
hacishahin.az