Bu il fevralın 20-si İslam peyğəmbəri həzrət Məhəmmədin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümü - Əyyami-Fatimiyyə qeyd olunub. Ənənəvi olaraq müsəlmanlar həzrət Fatimənin (s) əziz xatirəsini və uğrunda fəda olduğu amalları yad etmək üçün üç gün əzadarlıq məclisləri keçirirlər. Ölkəmizin müxtəlif məscidlərində olduğu kimi, Bakının Məşədi Dadaş məscidində də fevralın 18-i, 19-u və 20-si belə məclislər təşkil olunmuşdu.
Tədbirlər Azərbaycan qiratə məktəbini beynəlxalq Quran müsabiqələrində layiqincə təmsil edən məşhur qari hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra məscidin imamı hacı Şahin Həsənli həzrət Fatimənin (s) yaşatdığı və uğrunda canından keçdiyi ümumbəşəri dəyərlər haqda geniş çıxış edib. Əzadarlıq məşhur Əhli-Beyt (ə) məddahı seyid Peyman Əsədovun növhə və mərsiyyələri ilə başa çatıb.
hacishahin.az