Hər il olduğu kimi bu il də paytaxtın "Məşədi Dadaş" məscidində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Bu barədə SalamNews-a məscinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli məlumat verib.
İlahiyyatçının sözlərinə görə, mərasim yanvarın 20-də günorta namazı camaatla qılındıqdan sonra başlanacaq.
Məclis Qurani-kərim qiraəti, dualar və moizədən ibarət olacaq.
Qeyd edək ki, bu il 20 Yanvar faciəsindən 27 il keçir.
M. Sadiq
SalamNews
16.01.2017