Bu gün ilahiyyatçı hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirə qatılıb.
Tədbirdə Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.
Azərbaycanlılara qarşı soyqırımın 100 illiyi ərəfəsində qəbul edilən mürəciətdə bildirilib ki, erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır.
hacishahin.az