Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutub.
Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Daha sonra konfransın sədri, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Azqərbaycanın gənclər və idman naziri səlahiyyətlərini icra edən Azad Rəhimov, İHİF-in prezidenti Turki bin Əbdülmöhsen Əş-Şeyx, İƏT Gənclər Forumunun sədri Elşad İsgəndərov, İƏT-in baş katibi Yusif Əl-Useymin çıxış ediblər. Natiqlər Konfransa sədrliyə başlaması münasibətilə Azərbaycana təbriklərini çatdırıb, uğurlar diləyiblər.
İki gün davam edəcək sessiyada İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələrin, konfransın yekun məruzəsinin, nazirlər görüşünün növbəti sessiyası ilə bağlı qərarların qəbul edilməsi nəzərdə tutulur.
İclasa İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatları nümayəndələri iştirak edirlər. Qeyd edək ki, tədbirdə ilahiyyatçı hacı Şahin Həsənli də iştirak edib.
hacishahin.az