XƏBƏRLƏR

189 saylı məktəbin məzunları haqda kitab işiq üzü gördü

01 May 2018 2777

Aprelin sonlarında bakılı oğlan, əməkdar artist Bəhram Bağırzadənin 189 saylı məktəbin tanınmış məzunları haqda qələmə aldığı kitab nəşr olunub.  Rus dilində çap olunan “189. Həyat məktəbi” kitabında görkəmli ictimai və siyasi xadimlər, yazıçılar, jurnalistlər, sənətçilər və alimlərin məktəb sərgüzəştləri, müəllim və sinif yoldaşları haqda xatirələri ilə tanış olmaq olar.

 

Bəhram müəllim Məmməd Əliyev, Çingiz Abdullayev, Ayaz Mütəllibov, Araz Ağalarov, Həzi Aslanov, Elşad Nəsirov, Fərhad Abdullayev, Ramiz Fətəliyev, Rafiq Hüseynov, Tofiqi Nurani, Natavan Hacıyeva, Çingiz Əsgərov və digəriləri, o cümlədən ilahiyyatçı-alim hacı Şahin Həsənlinin qayğısız və xoşbəxt məktəb günləri haqda şirin xatirələrini oxcularla bölüşüb.

 

Hacı Şahin Həsənliyə həsr olunan “Xeyirxahlıqla tərbiyələnən” başlıqlı hissədə ilahiyyatçının müəllimləri və sinif yoldaşları ilə münasibətlərindən, sevdiyi və sevmədiyi  fənlərdən, dostluq və zarafatlarından, ŞHK komandasında iştirakından, azadlıq mücadiləsi illərində sinif yoldaşları ilə birgə ictimai fəaliyyətindən, məktəb illərinin həyatında buraxdığı dərin izlərdən  və digər maraqlı hadisələrdən söz açılıb.

 

hacishahin.az