XƏBƏRLƏR

Şüvəlanda mövlud gecəsi

01 May 2018 3580

Bu gün Şüvəlan qəsəbəsində həzrət Mehdinin (ə) mövlud gecəsi keçirilib. Şüvəlan inanclılarının qatıldığı ənənəvi tədbirdə tanınmış din xadimi hacı Şünasi Məmmədyarov və hacı Şahin Həsənli iştirak ediblər. 

 

İştirakçılar qarşısında çıxış edən hacı Şahin Həsənli nimeyi-şabanın Qədr gecəsindən sonra ən fəzilətli gecə olduğunu bildirib. Nimeyi-şaban dua və istək gecəsi olmaqla yanaşı, həm də dünyanın gözlədiyi xilaskarın - həzrət Mehdinin (ə) mövlud günüdür.

 

 

İlahiyyatçının sözlərinə görə, insanın dəyəri onun istəkləri - sevinci və qəmi ilə müəyyənləşir. Bir insan imamın yoxluğunu hiss edib onu gözləyirsə, deməli geniş qəlbə malikdir. Bütün bəşəriyyətin dərdini çəkə bilən, hamının xilasını arzu edən bir qəlbə.

 

 

“İntizarla yaşayan şəxs dünyanın rəzil düzəninin tezliklə aradan gedib, insanların xoşbəxt yaşamasını arzulayır", -deyə ilahiyyatçı qeyd edib ki, bu gecə dövrün imamının zühurunu dua etmək gərekdir. Əgər qəlbən işıqlı gələcək arzulasaq, onu qurmaq üçün də çalışacayıq.

 

 

hacishahin.az