Bu gün 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar ilahiyyatçı hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində yazıb: "20 yanvar milli ləyaqətimizi qorumaq və azadlığımızı qaytarmaq üçün birləşərək ən qəddar cəllada qarşı əli yalın çıxdığımız gündür. 20 yanvar özümüz olmağımız, diri qalmağımız, istiqlala qovuşmağımız üçün şəhidlərimizin canlarını qurban verdikləri gündür. 20 yanvar ölümə, yoxluğa, zülmətə qələbə çalan şəhidlərimizin günüdür. Allah şəhidlərimizin sayəsini üzərimizidən çəkməsin".
Qeyd edək ki, bu gün paytaxtın Məşədi Dadaş məscidində 20 yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçiriləcək, şəhidlərimizin ruhuna Quran oxunacaq, ehsan veriləcək.
hacishahin.az