XƏBƏRLƏR

Narkomaniya əleyhinə növbəti tədbir

22 May 2018 2306

Mayın 22-si 46 saylı orta məktəbdə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilib. Tədbir Nəsimi rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkiltçılığı ilə baş tutub.

 

Dövlət qurumları və QHT nümayəndələrinin, Qarabağ qaziləri və şəhid ailələrinin, pedaqoq, psixoloq və səhiyyə işçilərinin qatıldığı tədbirdə ilahiyyatçı hacı Şahin Həsənli də iştirak edib.

  

Qonaqlar çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanıb. Həmçinin cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş onub.

 

hacishahin.az