XƏBƏRLƏR

Cümhuriyyətin yüzilliyi ilə bağlı təbrik

28 May 2018 1267

"100 il öncə cümhuriyyət qurduq. Yəni 100 il öncə azad və hürr yaşamağa qərar verdik".

 

Bu sözləri ilahiyyatçı-alim hacı Şahin Həsənli Azərbaycan Demokratik Respublikasının yüzilliyi ilə bağlı sosial şəbəkələrdə paylaşdığı təbrikdə yazıb.

 

İlahiyyatçı qeyd edib: "Milli-mədəni özəllik, gələcəyə və tərəqqiyə inam, dinə və mənəvi dəyərlərinə sədaqət əsasında dövlətimizi qurduq, bayrağımızı ucaltdıq. Tarixin ağır imtahanlarına rəğmən cumhuriyyətimizin 100 illiyini öz dövlətimizdə, öz bayrağımızın kölgəsində qeyd edirik". 

 

Sonda hacı Şahin Həsənli Allahdan hürriyyət və azadlıq sevincimizin daimi olmasını diləyib.

 

 

hacishahin.az