İyunun 3-ü müsəlmanlar ehtimal olunan Qədr gecələrindən birincisi qeyd ediblər. Qeyd edək ki, ənənəvi olaraq Qədr gecələrində müsəlmanlar əhya saxlayır, yəni axşamdan səhər azanına qədər oyaq qalırlar.
Ölkəmizdəki digər məscidlərdə olduğu kimi, paytaxtın Məşədi Dadaş məscidində də məclis təşkil olunub. Məclis Bakı vaxtı ilə saat 22:30-da məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənlinin xütbəsi ilə başlayıb. Daha sonra Qədr gecələrinə məxsus dualar oxunub. Fasilədən sonra məşhur Quran qarisi hacı Ruslan Qasımovun tilavəti ilə Cövşən-Kəbir duası oxunub. Sonda xalqımızın rifahı, bayrağımızın ucalığı və şəhidlərimizin ruhu üçün dualar edilib. Sübh namazının qılınması ilə əhya başa çatıb.
Tədbir ilahiyyatçı hacı Şahin Həsənlinin rəsmi Facebook və İnstagram səhifələrində canlı yayımlanıb.
Xatırladaq ki, Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci və ya 23-cü gecələrindən birinə təsadüf edir. Ona görə də hər üç gecə əhya saxlanılır.
hacishahin.az