İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. İftar ziyafətində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Şəyxülislam Hacı Allahşükür Paşazadə qonaqları salamladıqdan sonra dövlət başçısı İlham Əliyev nitq söyləyib. Daha sonra iftar süfrəsi açılıb.
Qeyd edək ki, tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.
Mərasimə ölkənin tanınmış ictimai, siyasi və din xadimləri, o cümlədən ilahiyatçı hacı Şahin Həsənli də ənənəvi ziyafətə qatılıblar.
hacishahin.az