İyunun 8-i Beynəlxalq Qüds günü ilə bağlı İstanbulda keçirilən tədbirdə Türkiyə cəfəriləri lideri Şeyx Səlahəddin Özgündüz Azərbaycanda ənənəvi dini inanclara edilən həqarətlərə toxunub. Qeyd edək ki, tədbirin təşkilatçısı Zeynəbiyə Hərəkatı Gənclik Mərkəzidir.
Minlərlə insanın qarşısında çıxış edən Şeyx Səlahəddin Özgündüz bildirib ki, Azərbaycanın sayğılı və sevimli alimlərindən olan hacı Şahin Həsənli və tanınmış məddah Seyid Taleh Boradigahini əzadarlıq etdikləri üçün aşağılayacaq qədər küstahlar peyda olub.
"Azərbaycanlısansa Azərbaycan xalqınin duyğu və fikirlərinə hörmət edəcəksən. Müsəlmansansa peyğəmbərin (s) və saleh səhabələrin ağladığı hadisəyə ağlamağı şirk adlandırarkən dediklərinin mənasını anlamalısan," - deyə Türkiyə cəfəriləri lideri deyib.
Çıxışının sonunda Şeyx Səlahəddin Özgündüz Türkiyədə yaşayan Azərbaycan kökənli türklərin adında Hacı Şahin Həsənliyə dəstəyini ifadə edib.
Tədbir Zeynəbiyyə gəncliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Qarabağa azadlıq şüarları ilə başa çatıb.
hacishani.az