Noyabrın 20-si hacı Şahin Həsənli Türkiyədə fəaliyyət göstərən CABİR (Cəfəri Alimləri Birliyi) təşkilatının dəvəti ilə İstanbul şəhərinə səfər etdi. Səfərdən məqsəd İstanbulda keçirilən İmam Hüseynin (ə) qırx mərasimində - ərbəində iştirak etmək və yerli dini icmalarla tanışlıq idi.
Noyabrın 20-də Türkiyənin ən böyük qapalı amfiteatrı – İstanbulun Aşura meydanında yerləşən Yəhya Kəmal Bəyatlı adına göstəri mərkəzində Avropanın ən böyük ərbəin tədbiri keçirildi. Tədbirdə Türkiyə cəfərilər lideri şeyx Səlahəddin Özgündüz, CABİR-in sədri şeyx Həsən Karabulut, Küçükçəkməcə bələdiyyəsinin başçısı Temel Karadeniz, Küçükçəkməcə rayonunun icra hakimiyyəti başçısı Harun Kaya, Küçükçəməcə müftisi Mustafa Təməl, Aydın Universitetinin rektoru Prof. Dr. Mustafa Aydın, sabiq millət vəkili Əli Özgündüz, İran İslam Respublikasının İstanbuldakı baş konsulu Bəxtiyar Əsaədzadə və digər qonaqlar da iştirak etdi. Hacı Şahin Həsənli İmam Hüseyn (ə) qiyamında ümumbəşəri məhəbbət mesajı barədə çıxış etdi. Tədbirin bədii hissəsində məşhur ərdəbilli məddah Məhəmməd Amuli rövzə və mərsiyə oxudu, gənc aktyorların iştirakı ilə İmam Hüseynin (ə) səhabə Cəfər ibni Abdullah tərəfindən ziyarəti səhnəsi nüamyiş etdirildi.
Tədbirdən sonra qonaqlar şeyx Səlahəddin Özügündüzün təşkil etdiyi ziyafətə qatıldılar.
hacishahin.az