26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli öz rəsmi Facebook səhifəsində təbrik paylaşıb. Təbrikdə deyilir:
"Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan Milli Ordumuz bu gün yüz illiyini qeyd edir. İlk gündən qəhrəman əcdadımızın yolunu gedərək hər an Vətənin keşiyində duran Azərbaycan əsgəri keşməkeşli yolunda enişlər də gördü, yoxuşlar da. Hər zaman millətini təcavüzdən qoruyan Azərbaycan əsgəri öz qanı və canı ilə qəhrəmanlıq salnaməsi yazıb və yazacaq. Bu tarix çarizm işğalının sona çatması və Cümhuriyyətin qurulması ilə başladı. Sovet imperiyasının süqutu və Azərbaycanın müstəqillik zəfərinin şahidi oldu. Allahın yardımı ilə bu tarix Qarabağ qələbəsini də öz səhifələrinə həkk edəcək".
Daha sonra ilahiyyatçı Azərbaycan Silahlı Qüvvələrinin hər bir igid zabit və əsgərini ürəkdən təbrik edərək Allahdan ordumuzu daim müzəffər etməsini diləyib.
hacishahin.az