XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilə görüş

27 İyun 2018 3892

Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovla görüşüb. Görüşdə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli və ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov da iştirak ediblər. 

 

İnstitutda keçirilən görüşdə ölkədəki dini mühitin ümumi durumu və kənar təsirlərdən qorunmasının zəruriliyi müzakirə olunub. Bununla yanaşı, din xadimlərinin tədris prosesinə cəlb olunması, institutda yetişdiriləcək yeni kadrlara vətənpərvərlik hissinin aşılanması və məzhəblərarası vəhdət mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Öz növbəsində Hacı Şahin Həsənli Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. 

 

 

hacishahin.az