İyulun 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib. Bu haqda AZƏRTAC məlumat yayıb.
Tədbirdə MDTF-nun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və bir sıra tanınmış ilahiyyatçılar iştirak ediblər. Qeyd edək ki, görüşə ilahiyyatçı Hacı Şahin Həsənli də iştirak qatılıb.
Mehman İsmayılov giriş sözündə qurumun fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyi göstərilir. Eyni zamanda dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində fondun gələcək layihələri barədə də söz açılıb. Daha sonra geniş fikir mübadiləsinin aparıldığı görüşdə ilahiyyatçılar fondun səmərəli fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda MDTF-nun tərkibində mənəvi dəyərlərin təbliği üzrə Məşvərətçi Komitənin yaradılması qərara alınıb. Qeyd olunan komitə MDTF-nun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək, qurumun maarifləndirmə və sosial xarakterli tədbirlərində iştirak etmək, eləcə də fondun fəaliyyətinə uyğun olaraq mənəvi sahədə elmi-sosial araşdırmaların aparılması və sorğuların keçirilməsinə yardım etmək və s. daxildir.
hacishahin.az