XƏBƏRLƏR

"İmamzadə"də din xadimlərinin ümumrespublika müşavirəsi

17 İyul 2018 2761

Bu gün QMİ-nin təşəbbüsü ilə Gəncənin "İmamzadə" dini kompleksində ölkənin müxtəlif bölgələrindən tanınmış din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və DQİDK sədri Mübariz Qurbanlı da din xadimlərinin Gəncə hadisələri ilə bağlı ümumrespublika toplantısına qatılıblar.

 

Qeyd edək ki, toplantıda ilahiyyatçı-alim Hacı Şahin Həsənli də iştirak edib. Real TV-nin məlumatına əsasən, müşavirədə çıxış edən ilahiyyatçı Gəncədə baş verən qanlı aktı Azərbaycan xalqının Əhli-beytə (ə) ehtiramı kontekstində şərh edib: “Bu ölkədə Əhli-Beytə (ə) olan hörmət, onlara məxsus olan irs belə bir qəddarlığı yolverilməz edir. Amma dövlət inkişaf edirsə, onun inkişafına zidd olan qüvvələrin də müəyyən cəhdlərinə hazır olmaq lazımdır”.  

 

 

hacishahin.az