XƏBƏRLƏR

Məhbuslarla növbəti görüş

19 İyul 2018 1126

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ekstremizmə qarşı mübarizə müzakirə olunub.

 

Məhkumlarla görüşə QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin də qatılıb. Habelə, DQİDK-nın əməkdaşı Bəhruz Orucov, Penitensiar Xidmətin inspektoru Elşən Əbdürrəhmanov, tərbiyə işləri üzrə rəis müavinləri Ələsgər Əliyev və Mehman Beydullayev də tədbirlərdə iştirak ediblər.

  

Məhbəslərdə çıxış edən natiqlər dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən, radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə metodları barədə danışıblar. Öz növbəsində Hacı Şahin Həsənli ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən söz açıb. O bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək dinlərarası və məzhəblərarası tolerantlıq mövcuddur. İlahiyyatçı həmçinin dini radikalizm və ekstremizmə qarşı məzhəblərarası vəhdətin əhəmiyyətini vurğulayıb.

 

Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

hacishahin.az