XƏBƏRLƏR

Məşədi Dadaş məscidində növbəti qanvermə aksiyası

20 İyul 2018 1916

İyulun 20-si Məşədi Dadaş məscidində Cümə namazından sonra talassemiyalı uşaqlar üçün ənənəvi qanvermə aksiyası keçirilib. Aksiya Azərbaycan Talassemiya Federasiyası ilə məscidin dini icmasının birgə təşəbbüsü ilə təşkil olunub.

 

Yüzlərlə namaz iştirakçıları məscid ərazisindəki ATF-nin tibbi personalına yaxınlaşaraq uşaqlara yardım əllərini uzadıblar.

 

Məscidin imamı Hacı Şahin Həsənli xütbə zamanı qan çatışmazlığından əziyyət çəkən körpələrə qan verməyin uşaqlara həyat bəxş etmək kimi dəyərləndirib. Onun sözlərinə görə, bu bir müsəlmançılıq və insanlıq borcu olmaqla yanaşı Allah qatında üstün əməllərdən sayılır. Bu aksiyanın ənənəvi olduğunu vurğulayan xətib, gələcəkdə də bu ənənənin davam edəcəyinə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, ATF əməkdaşlarının topladığı qan Mərkəzi Qan Bankına təhvil verilir.  

 

hacishahin.az