XƏBƏRLƏR

Ərəfə ziyarəti başlayır

09 Avqust 2018 3396

11 və 12 avqust tarixlərində  Ərəfə günü İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Azərbaycandan İraqa zəvvar kərvanı yola düşür. İlk olaraq zəvvarlar müqəddəs Məşhəd şəhərində imam Rzanın (ə) məqbərəsini ziyarət edəcəklər. Üç gün Məşhəd ziyarətindən sonra həmvətənlərimiz İraqın Nəcəf, Kufə, Bağdad, Samirə və Kərbəla şəhərlərində olacaqlar.

 

İmam Hüseynin (ə) ziyarəti ilə yanaşı zəvvarlarımız həzrət Əlinin (ə), imam Kazimin (ə), imam Cavadın (ə), imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) hərəmlərində olacaqlar. Habelə, Kufənin Böyük məscidi, Səhlə məscidi, Vadius-salam qəbirstanlığı və Samirədəki müqəddəs Sərdabənin ziyarətləri də təşkil olunacaq.

 

Karvana ilahiyyatçı-alim hacı Şahin Həsənli də qatılaraq müqəddəs şəhərlərdə xütbə ilə çıxış edəcək. Habelə, dua və ziyarətnamələri məşhur Quran qarisi hacı Ruslan Qasımov oxuyacaq. Zəvvarlarımız Qurban bayramını Kərbəla şəhərində qarşılayacaqlar. Səfər avqustun 25-i başa çatacaq.

 

hacishahin.az