Hacı Şahin Həsənli Türkiyə Cəfəri Alimləri Birliyinin sədri şeyx Həmid Turanın vəfatı ilə bağlı başsağlığı verib:
"Əziz və dəyərli ruhani alimimiz, Turkiyə Cəfəri Alimləri Birliyinin sədri Şeyx Həmid Turanın vəfatı Türkiyə qədər Azərbaycanın da ağır itkisidir. Zeynəbiyyə hərəkatının yaranması və inkişafında müstəsna rolu olan Şeyx Həmid Turan hər birimizin qəlbini fəth etməyi bacardı. Allah onu öz övliyaları, xüsusi ilə əza günlərini keçirdiyimiz həzrət Fatimə (s) ilə məhşur etsin.
Bu ağır itki münasibətilə mərhumun ailə üzvlərinə, bütün Türkiyə inanclılarına, xüsusilə Türkiyə Cəfərilər lideri Şeyx Səlahəddin Özgündüzə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, şeyx Həmid Turan 2015-ci ildə kecirdiyi ürək infarktından komaya düşmüşdü. İki ilə yaxın komada qalan din xadimi dünən vəfat edib.
hacishahin.az