XƏBƏRLƏR

Ərəfə karvanı Məşhəddə

14 Avqust 2018 2529

Avqustun 13-ü Azərbaycandan Kərbəlaya yola düşən Ərəfə karvanı müqəddəs Məşhəd şəhərinə çatıb. 3 gün Məşhəddə dayanacaq karvan İmam Rzanın (ə) müqəddəs hərəmini birgə ziyarət edib.

 

Ziyarətin ilk günü Hacı Şahin Həsənlinin İmam Rzanın (ə) şəxsiyyəti və övliyaya təzim barədə qısa çıxışından sonra, ziyarətnamə oxunub. Sonda xalqımız, ordumuz və Qarabağımız üçün dualar edilib.

 

Avqustun 14-ü Azərbaycandan gələn Ərəfə karvanı üçün hərəmin "Darul-Mərhəmət" zalında xüsusi tədbir təşkil olunub. Zəvvar izdihamının Imam Rzanın (ə) məqbərə kompleksinə daxil olması, ilahiyyatçı Hacı Şahin Həsənlinin hərəm rəhbərliyi tərəfindən qarşılanması yerli televiziyada işıqlandırılıb. Tədbir hacı Ruslan Qasımovun Quran tilavəti ilə başlayıb və qəsidələr oxunub.

 

Hərəmdə moizə ilə çıxış edən hacı Şahin Həsənli imam Rzanın (ə) ziyarətinin həyata, nikbinliyə və problemlərin həllinə təsirindən söz açıb. Sonda camaatla namaz qılınıb.

 

Tədbirə hərəm rəhbərliyi və Məşhəddə dini təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.

 

Xatırlaaq ki, avqustun 16-sı karvan İraqa yola düşür.

 

hacishahin.az