Avqustun 14-ü ilahiyyatçı Hacı Şahin Həsənli Astani Qüdsi Rəzəvi - imam Rzanın (ə) məqbərə kompleksinin rəhbərliyi ilə görüşüb. Müzakirələrdə kompleksin xarici zəvvarlarla iş üzrə departamentinin rəisi Seyid Məhəmməd Cavad Haşiminejad və beynəlxalq əlaqələr departamentinin rəisi Hüccətülislam Seyid Cəlal Hüseyni iştirak ediblər.
Görüşdə Azərbaycanlı zəvvarların şəraiti və ehtiyacları, ziyarətin daha səmərəli keçirilməsi müzakirə olunub. Eyni zamanda Azərbaycan xalqının mənəvi dəyərlərə sədaqəti, ölkədə ibadət ocaqları və ziyarətgahların dövlət hesabına təmir və inşası, işğal olunmuş torpaqlarımızda dini və taririxi abidələrimizə qarşı vandallıq haqda məlumat verilib.
Qeyd edək ki, yerli televiziyanın işıqlandırdığı görüşdə Hacı Sahin Həsənliyə xatirə hədiyyələri verilib.
hacishahin.az