Avqustun 15-i ilahiyyatçı Hacı Şahin Həsənli Məşhəd şəhərində yerləşən Rəzəvi Universitetinin tələbə heyəti ilə görüşüb. Universitetin rektoru doktor Seyid Həsən Vəhdəti Şübeyri ilahiyyatçını salamlayaraq təhsil mərkəzi və tədris proqramı haqda məlumat verib.
Eyni zamanda Hacı Şahin Həsənli Azərbaycanda fəaliyyət göstərən dini təhsil olcaqlarından, o cümlədən Azərbaycan İlahiyyat İnstitutu haqda məlumat verib.
Görüşün sonunda tələbələri maraqlandıran suallara cavab verilib.
hacishahin.az