XƏBƏRLƏR

Ərəfə karvanı Nəcəfi-Əşrəfdə

17 Avqust 2018 3216

Avqustun 16-sı Ərəfə karvanı müqəddəs Nəcəf şəhərinə çatıb. Burada zəvvarlar həzrət Əlini (ə) ziyarət ediblər.

 

İlahiyyatçı Hacı Şahin Həsənli həzrət Əlinin (ə) məqbərəsi qarşısında zəvvarlarımız qarşısında çıxış edib. Ziyarətin əhəmiyyətinə toxunan ilahiyyatçı həzrər Əlinin (ə) şəxsiyyəti haqda da geniş söz açıb. Onun sözlərinə görə, imam Əli (ə) ucalıq mücəssiməsi olduğu üçün həm öz zamanında, həm bu gün insanların imtahan vasitəsidir. Onun huzurunda qəlbdə gizlənən təkəbbür üzə çıxır və insan öz mənəvi durumunu müşahidə edir. Qeyd olunub ki, imam Əli (ə) Azərbaycan xalqının din və məzhəbindən asılı olmayaraq ortaq dəyəri, sevdiyi və təzim etdiyi övliyadır.

 

Sonra tanınmış Quran qarisi hacı Ruslan Qasımov Həzrət Əlinin (ə) ziyarətnaməsini oxudu. Xalqımız, ordumuz, səhidlərimiz, torpaqlarımızın qaytarılması üçün dualar edildi.

 

Qeyd edək ki, üç gün Nəcəfdə qalan zəvvarlarımız dünyada ən böyük olan Vadius-Salam qəbirstanlığı, Böyük Kufə və Səhlə məscidlərini də ziyarət edəcəklər.

 

 

hacishahin.az