Azərbaycandan yola çıxan Ərəfə karvanı avqustun 18-i Kərbəlaya çatıb. Zəvvarlarımız Azərbaycaycan bayraqları və şəhidlərimizin şəkilləri ilə keçirdikləri yürüşlə ilk ziyarətinə başlayıblar.
Avqustun 19-u isə İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil olunub. Məclis Azərbaycanın tanınmış qarisi hacı Ruslan Qasımovun Qurani-Kərimin tilavəti ilə başlayıb.
Daha sonra Hacı Şahin Həsənli çıxış edib. Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən, insan fitrəti ilə səsləşməsindən söz açıb. Xütbənin ardınca Seyid Peyman Boradigahi növhə və mərsiyyələr oxuyub.
Ötən il olduğu kimi bu ildə şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şehidlərimizin şəkilləri bəzəyirdi. Izdihamlı tədbirə digər ölkələrdən olan zəvvarlar da qatılıblar. Tədbir Hacı Şahin Həsənlinin rəsmi Facebook və İnstagram səhifələrində canlı yayımlanıb.
Qeyd edək ki, avqustun 11-i Azərbaycandan yeddi yüz nəfərlik karvan Ərəfə günü Kərbəlanı ziyarət etmək üçün yola çıxıb.
hacishahin.az