XƏBƏRLƏR

Məşədi Dadaş məscidində bayram namazı qılınıb

22 Avqust 2018 3284

Bu gün Azərbaycan xalqı Qurban bayramı qeyd edir. Ölkənin müxtəlif məscidlərində olduğu kimi, Məşədi Dadaş məscidində də bayram namazı qılınıb.

 

Adət üzrə namazdan öncə camaatla birgə bayram təkbiri oxunub. Daha sonra bayram namazı qılınb. Namaza Hacı Elbrus Kərimov imamlıq edib və xütbə ilə çıxış edib. 

 

Müsəlmanları bayram münasibətilə təbrik edən xətib Qurban bayramının mesajları haqda söz açıb. Onun sözlərinə görə, Qurban bayramı ilk növbədə insanın eqoizminə qələbə çalmasını tərənnüm edir. 

 

hacishahin.az