Avqustun 21-i Azərbaycandan Kərbəlaya yola düşən Ərəfə karvanı Xeyməgahda novbəti izdihamlı tədbir keçirib. Xeyməgah İmam Hüseyn (ə) və yavərlərinin çadırları yerləşdiyi məkandır. Hazırda həmin yerdə məscid kompleksi inşa edilib.
Kompleksin böyük zalında keçirilən tədbir Hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Ziyarətin və tədbirin təşkilində iştirakı olan hər kəsə təşəkkür edən ilahiyyatçı yaxşı işlə saleh əməl arasında fərq barədə söz açıb. Belə ki, saleh iş yerində görülən, lazım olan yaxşı işdir. Necə ki, İmam Hüseyn (ə) Həcc kimi yaxşı işi yarımçıq qoyub Kərbəlaya yola düşdü. Ş. Həsənlinin sözlərinə görə, inanclı insan saleh iş üçün fürsətləri dəyərləndirməyi bacarmalıdır. Fürsət əldən gedərsə, insan yaxşı görsənən əməli ilə ziyanlı iş görə bilər. Habelə vaxtında düzgün atılmayan addım, gələcəkdə ictimai fəsada yol aça bilər.
Daha sonra Seyid Peyman Boradigahi Kərbəla şəhidlərinə mədhiyyələr söylədi, növhələr oxudu. Sonda Azərbaycan xalqının rifahı, ordumuzun zəfəri, ərazi bütövlüyümüz və şəhidlərimiz üçün dualar edildi.
Qeyd edək ki, yeddi yüz nəfərin iştirak etdiyi tedbirə xarici zəvvarlar da qatılıb. Bu dəfə də gənc zəvvarların köynəklərini əziz şəhidlərimizin şəkilləri və bayrağımız bəzəyib.
hacishahin.az