XƏBƏRLƏR

Ərəfə karvanı vətənə dönür

25 Avqust 2018 2749

Avqustun 24-ü Ərəfə karvanı Kərbəla ziyarətini başa vurdu. Belə ki, imam Hüseyndən (ə) uzaqda dəfn edilmiş yeganə Kərbəla şəhidi Hürr ibn Yezid Riyahini ziyarət etdikdən sonra karvan Samirə şəhərinə yola düşüb.

 

Samirə şəhərində zəvvarlarımız imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə), habelə həzrət Həkimə (ə) ilə həzrət Nərgizin (ə) müqəddəs məqbərələri ilə yanaşı, həzrət Mehdinin (ə) qeybə çəkildiyi serdabəni də ziyarət ediblər.

 

Daha sonra Ərəfə karvanı Bağdadın Kazimeyn rayonuna yola düşüb. Burada imam Museyi-Kazim (ə) ilə imam Cavadın (ə) hərəmləri yerləşir. Qeyd edək ki, Azərbaycan və dünyanın məşhur alim və filosofu Hacə Nəsirəddin Tusinin də qəbri bu hərəmdədir. 

 

Avqustun 25-i zevvarlarımız Bakıya dönür.

 

 

hacishahin.az