XƏBƏRLƏR

"Məşədi Dadaş" icması bayram ziyafəti verdi

31 Avqust 2018 3468

Avqustun 30-u Məşədi Dadaş məscidinin icması Qədir-Xum bayramı münasibətilə ziyafət verib.  

 

Ziyafəti təbrik sözü ilə açan ilahiyyatçı Hacı Şahin Həsənli qonaqları salamlyaraq, Qədir-Xum bayramı haqda danışıb. Qeyd edək ki, paytaxtın istirahət mərkəzlərinin birində keçirilən tədbirdə məşhur xanəndə Babək Şuşalı, qəzəlxan-şair Arif Buzovnalı, Əhli-Beyt (ə) şairi Hacı Səyyar, tanınmış ilahilər ifaçısı Rəşad Ataşov, gənc gitaraçı Rəşad İlqaroğlu çıxış ediblər. 


İcma üzvlərinin və ailələrinin qatıldığı ziyafət bayram atəşfəşanlığı ilə başa çatıb.

 

hacishahin.az