Sentyabrın 11-dən məhərrəm ayının daxil olması ilə əlaqədar Məşədi Dadaş məscidində ənənəvi əzadarlıq məclisləri başlayıb. Qeyd edək ki, 20:00-da başlayan və təqribən bir saat yarım davam edən təziyələr Aşura gününə kimi davam edəcək.
Məclislər ilahiyyatçı Hacı Şahin Həsənlinin "İnsan həyatının dəyəri" mövzusunda silsiləvi moizələri ilə başlayır, daha sonra tanınmış məddah Seyid Peyman Boradigahi Azərbaycan klassiklərinin növhə və mərsiyələrini ifa edir. Sonda şəgidlərimizin ruhu, əsgərlərimizin sağlamlığı və torpaqlarımız üçün dualar edilir.
Xatrladaq ki, məhərrəm məclisləri Facebook, İnsagram səhifələrimizdə və Youtube kanalımızda canlı yayımlanır.
hacishahin.az