Məhəmməd (s) peyğəmbərin əziz qızı Fatimeyi-Zəhranın (s) şəhid olduğu gün bu il martın 2-nə təsadüf edir. Tarixən bu hadisə bir neçə gün qeyd olunduğu üçün təziyə mərasimlərinə “Əyyami-Fatimiyyə”, yəni “Fatiməyə aid günlər” deyilir. Hər yerdə olduğu kimi paytaxtın Məşədi Dadaş məscidində də fevralın 28-dən martın 2-nədək üç gün ardıcıl əzadarlıq tədbirləri təşkil olunacaq. Məclislər saat 20-00-da başlayacaq.
hacışahin.az